04/08/2022
20:11
616
| A A A
Azərbaycan Premyer Liqası: Mövsümün ilk hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk turunun hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, avqustun 5-də "Kəpəz" və "Zirə" komandaları arasında oynanılacaq açılış matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

Hakim-inspektor: Ramil Diniyev

VAR hakimi: Vüqar Həsənli

VAR hakiminin köməkçisi: Rəhman İmami

“Dalğa Arena”.

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

“Azersun Arena”.

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

Şamaxı şəhər stadionu.

19:15. “Sabah” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

“Bank Respublika Arena”.

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

Tovuz şəhər stadionu.

Qeyd edək ki, oyunların AFFA nümayəndələri və VAR hakimləri ilə bağlı əlavə məlumat daha sonra veriləcək.