05/08/2022
10:29
590
| A A A
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start veriləcək.

Goal.az xəbər verir ki, cari çempionat 6 illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçiriləcək və burada ilk dəfə VAR sistemindən istifadə olunacaq.

I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan Kəpəz-lə ötən mövsümün bürünc medalçısı Zirə arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edəcək. Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.

İki komanda indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 3-də Gəncə təmsilçisi, 5-də isə Bakı klubu qalib gəlib. 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də "qartallar"ın üstünlüyü var - 16:11.

Zirə son 4 qarşılaşmada rəqibinə uduzmayıb. Kəpəz son iki ev oyununda qol vurmayıb. (report)