06/08/2022
12:35
518
| A A A
Qəbələ Tovuza yola düşür

Qəbələ Misli Premyer Liqasının 2022-2023-cü illər mövsümünə avqustun 8-də start verəcək.

Goal.az xəbər verir ki, “qırmızı-qaralar” I turun son görüşündə Turan Tovuz-la qarşılaşacaq.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını başa vurub. Komanda bu gün matçın keçiriləcəyi Tovuza yola düşəcək. “Qırmızı-qaralar” son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, avqustun 8-də baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq. (sportal)