24/11/2022
14:23
526
| A A A
Sabah klubunun heyətində ilk dəfə bir futbolçu het-trik edib

Emanuel Apeh Sabah-ın heyətində het-trik edən ilk futbolçu olub.

Goal.az xəbər verir ki, 2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan Kuboku və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Emanuel Azərbaycan kubokunda fərqlənib. O, 1/8 finalın Qaradağ Lökbatan-la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub. (report)