Azərbaycan Premyer Liqası: Bu gün XIX tura start veriləcək
Azərbaycan Premyer Liqasında 29 günlük fasilə başa çatacaq.
Goal.az xəbər verir ki, bu gün XIX tura start veriləcək.
Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq. Autsayderlər zonasında qərarlaşan Kəpəz avrokuboklara vəsiqəni iddia edən Qəbələ-ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub olan “qırmızı-qaralar” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq.
Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Hazırda Qəbələ 25 xalla turnir cədvəlinin 5-ci, Kəpəz isə 12 xalla 9-cu pilləsində qərarlaşıb.