25/01/2023
19:49
871
| A A A
Qarabağ Turan Tovuz-a, Zirə Sumqayıt-a qalib gəldi

Azərbaycan Premyer Liqasında 19-cu tur davam edir.

Goal.az xəbər verir ki, bu gün iki görüş keçirilib. "Turan Tovuz" doğma meydanda lider "Qarabağ"ı qəbul edib. 5 qolun vurulduğu matçda qonaqlar 3:2 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, 5 qolun hamısı başla vurulub.

"Zirə" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

“Zirə” – “Sumqayıt” 3:1

Qollar: Vüsal İsgəndərli, 4 (0:1), Dmitrios Çantakias, 50 (1:1), Loris Broqno, 73 (2:1), Toni Qomes, 79 (3:1)

Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Emin Əliyev

Zirə İdman Kompleksi stadionu

“Turan Tovuz” – “Qarabağ” - 2:3

Qollar: Musa Qurbanlı, 10 (0:1), Runi Eva, 23 (1:1), Ramil Şeydayev, 27 (1:2), Ehtiram Şahverdiyev, 85 (2:2), Bəhlul Mustafazadə, 89 (2:3)

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Tovuz şəhər stadionu

GÜNÜN ƏN ÇOX OXUNANLARI