26/01/2023
11:00
1430
| A A A
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIX tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

İlk olaraq Şamaxı Səbail-i qəbul edəcək. Bölgə təmsilçisi 13 xalla 8-ci, "dənizçilər" 10 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.

Turun son matçında Sabah Neftçi ilə qarşılaşacaq. Meydan sahibləri 43 xalla ikinci, "ağ-qaralar" 38 xalla üçüncü sıradadır. Tərəflər bu vaxtadək ölkə çempionatlarında 17 dəfə görüşüblər. Bunların 12-də "Neftçi", 3-də Sabah meydanı 3 xalla tərk edib. Topların nisbətində qonaqlar aşkar üstündür - 31:13. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI