Misli Premyer Liqasının 24-cü turunda ötən gün Qarabağ-la oyunda (1:1) zədələnmiş Neftçi-nin futbolçusu Ataa Caberin durumu açıqlanıb.
Goal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında futbolçunun 10 gündən sonra fərdi məşqlərə başlayacağını bildirib:
“Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.
Xatırladaq ki, israilli futbolçu Qarabağ-la görüşün 82-ci dəqiqəsində meydandan xərəklə çıxarılıb.