AFFA İqor Ponomaryovu cəzalandırıb
AFFA İntizam Komitəsi Sabah-ın idman direktoru və U-19 komandasının baş məşqçisi İqor Ponomaryovu cəzalandırıb.
Goal.az xəbər verir ki, buna 63 yaşlı mütəxəssisin Gənclər Liqasında Kəpəz-ə qarşı keçirilən oyunun 90-cı dəqiqəsində hakimlərə qəti şəkildə etiraz etməsi səbəb olub.
Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Ponomaryov 1 oyunluq diskvalfikasiya edilib.