03/03/2023
11:00
1920
| A A A
Azərbaycan Premyer Liqasında XXV tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Hazırda 35 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 19 xalla 8-ci olan "Şamaxı"nə qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 29 dəfə üz-üzə gəlib. Bunların 11-də paytaxt klubu, 6-da bölgə təmsilçisi qələbə qazanıb. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "qartallar"ın aşkar üstünlüyü var - 34:27.

"Şamaxı" son 10 oyunda "Zirə"yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI