15/10/2019
16:50
4791
| A A A
UEFA Türkiyə millisinə intizam işi açdı - əsgər salamına görə

UEFA Türkiyə milli komandasına qarşı intizam işi açıb. 

Goal.az "Hurriyet"ə istinadən xəbər verir ki, buna səbəb yığma oyunçularının AVRO-2020-nin seçmə mərhələsində Parisdə Fransa ilə görüşdə vurduqları qolu əsgər salamı ilə qeyd etməsidir. Kaan Ayxanın 82-ci dəqiqədə vurduğu bərabərlik qolundan sonra bütün futbolçular qapı arxasındakı tribunalara tərəf gediblər. Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklərini əsgər salamı ilə göstəriblər. Fransalı rejissorlar bu epizodun televiziya ilə nümayişinə imkan verməyiblər.

Qərar Türkiyə Futbol Federasiyasına göndərilib və məsələ ilə bağlı mövqe tələb edilib. 

Qeyd edək ki, Fransa - Türkiyə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü 30 minədək türk azarkeş izləyib. 

Xatırladaq ki, yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40054 səs