15/10/2019
17:21
1185
| A A A
Ronaldo: "Rekord axtarmıram, o özü məni tapır"

AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşan portuqaliyalılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Qarşılaşmada Portuqaliya millisinin yeganə qolunun müəllifi Kriştiano Ronaldo olub.

Goal.az xəbər verir ki, Juventus-da forma geyinən ulduz futbolçu rekordlar barədə düşünmədiyini söyləyib: "Hazırkı səviyyədə futbolçu olmağımda kömək edən komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Ukraynaya qalib gəlmədiyimiz üçün məyusam, amma komandamla fəxr edirəm. Hər kəs bu rəqəmə çata bilməz. Mənim neçə rekordum var, düzü bilmirəm. Rekord axtarmıram, o özü gəlib məni tapır".

Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində aktivinə 700 qol yazdırıb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
579 səs