16/10/2019
10:32
4920
| A A A
UEFA Qurban Qurbanovla bağlı səhvə yol verdi

UEFA Qarabağ və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.

Goal.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı Qurban Qurbanovun Azərbaycan təmsilçisinin baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını yazıb. Halbuki Qurbanov üçün yubiley qarşılaşması ötən tur Lüksemburqda Dudelange-la görüşə təsadüf edib. Həmin matç Qarabağ-ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Bu, Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyət olub. Qalan oyunlardan 27-də heç-heçə, 33-də məğlubiyyət qeydə alınıb. Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 64-ü Avropa Liqasına təsadüf edib. Bundan başqa Qurbanov Neftçi-nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya Ried-i ilə iki oyunda iş başında olub (1:3, 2:1).

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Qarabağ - APOEL matçı saat 20:55-də başlayacaq. // "Report"

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40119 səs