16/10/2019
11:16
541
| A A A
ABŞ-da Formula 1 üzrə daha bir Qran-pri keçiriləcək

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində 2021-ci ildə "Formula 1" üzrə Qran-pri keçiriləcək.

Goal.az-ın məlumatına görə, bununla bağlı "Formula 1" və Mayami rəsmiləri arasında razılıq əldə olunub. Yarış "Mayami Dolfins"in ev oyunlarını keçirdiyi "Hard Rock Stadium"un ətrafında gerçəkləşəcək. Qran-prinin şəhər küçələrində təşkilinə dair müraciət isə yerli rəhbərliyin sərt etirazı ilə qarşılanıb.

Qeyd edək ki, ABŞ-da daha bir Qran-pri Texas ştatındakı Ostin şəhərində keçirilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39809 səs