16/10/2019
12:42
5291
| A A A
Ronaldo Messidən 2 dəfə çox gəlir əldə etdi

2018-ci ildə instaqram vasitəsilə ən çox qazanc əldə edən şəxslərin siyahısı müəyyənləşib.

Goal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Juventus-un hücumçusu Kriştiano Ronaldo bu göstəricidə də rəqib tanımır.

"Buzz Bingo" Portuqaliya millisinin kapitanının ötən il hər biri 900 min avro dəyərində olan 49 reklam postu yerləşdirdiyini və ümumilikdə 44,1 milyon avro qazandığını yazıb. Ronaldonun ən yaxın izləyicisi yaşıl meydanlardakı əsas rəqibi Lionel Messidir. Argentinalı hər biri 590 min avro gətirən 36 post paylaşıb. Bunlar ona 21 milyon avro qazandırıb.

Siyahıda ilk "üçlüy"ü 14,4 milyon avro ilə amerikalı supermodel Kendall Cenner qapayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39689 səs