08/11/2019
13:55
597
| A A A
Emil Balayev ən yaxşı oldu

Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Goal.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarından öndədir.

O, bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə o deməkdir ki, mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.

İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qapıçısı Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O, 31 matçda 30 qol buraxıb.

Qeyd edək ki, "Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39324 səs