16/08/2022
12:44
4192
| A A A
Zirə-nin legioneri: "Əla mövsüm keçirmək istəyirik"

"Karyeramı Zirə-də davam etdirəcəyim üçün xoşbəxtəm. Burada məni çox sevirlər. Maraqlı təklif etdilər, mən də razılaşdım. İnanıram ki, bu mövsüm qarşıya qoyulan hədəflərə çatacağıq".

Goal.az xəbər verir ki, bunu Zirə-nin futbolçusu Filipe Paxtman "qartallar"la müqavilə müddətini uzatması barədə danışarkən deyib.

Ötən ayın əvvəlində 3 illik yeni sözləşməyə imza atan braziliyalı hücumçu əsas məqsədlərinin əla mövsüm keçirmək olduğunu bildirib: "Öz potensialımıza çox inanırıq və azarkeşlərimizə böyük sevinc bəxş etmək üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Filipe Paxtman 2021-ci ilin yanvarından Zirə-də çıxış edir. (report)