16/08/2022
15:34
4281
| A A A
Gürcüstanlı futbolçu Napoli-də yeni nailiyyətə imza atıb

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın Napoli klubunda yeni nailiyyətə imza atıb.

Goal.az xəbər verir ki, 21 yaşlı hücumçu 2003/2004 mövsümündən sonra Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçudur.

Kvaratsxeliya Verona-nı səfərdə 5:2 hesabı ilə məğlub etdikləri I tur oyununda buna nail olub. O, 37-ci dəqiqədə hesabı bərabərləşdirən qola imza atıb. Forvard 55-ci dəqiqədə polşalı Pyotr Zyelinskinin qol vurması üçün məhsuldar ötürmə verib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. (report)