16/08/2022
16:01
4511
| A A A
Feliks Ronaldo və Fiqonun uğurunu təkrarladı

Atletico Madrid İspaniya La Liqasının 1-ci turu çərçivəsində Getafe-ni 3:0 hesabı ilə məğlub edib.

Goal.az xəbər verir ki, Madrid klubunun hücumçusu Joao Feliks matç boyu 3 məhsuldar ötürmə edib. Beləliklə o, La Liqada bunu edən 3-cü portuqaliyalı futbolçu olub.

Qeyd edək ki, daha öncə bu uğura Kriştiano Ronaldo və Luis Fiqo imza atmışdılar.