16/08/2022
16:48
4489
| A A A
Viktoria Qarabağ-la oyun üçün Bakıya gətirdiyi futbolçuları açıqlayıb

Çexiyanın Viktoria Plzen komandası Qarabağ-la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yollanacaq futbolçuları açıqlayıb.

Goal.az xəbər verir ki, siyahıda 23 oyunçu yer alıb.

Qapıçılar: Marian Tvrdon (Slovakiya), Martin Yedliçka, Yindrjix Stanek;

Müdafiəçilər: Lukaş Heyda, Məhəmməd Tijani (Benin), Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip Çihak, Libor Holik;

Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopits, Con Moskera (Kolumbiya), Pavel Buxa, Kadu (Braziliya), Lukaş Kalvax, Aleş Çermak, Erik Yirka (Slovakiya), Modu NDiay (Seneqal);

Hücumçular: Yan Kliment, Tomaş Xori, Rene Dediç (Slovakiya).

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. (report)