16/08/2022
17:38
4246
| A A A
Viktoria-nın məşqçisi: "Qarabağ bizim üçün xoşagəlməz rəqibdir"

"Qarabağ bizim üçün xoşagəlməz rəqibdir".

Goal.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Qarabağ-ın rəqibi olan Çexiyanın Viktoria klubunun məşqçisi Pavel Horvat deyib.

47 yaşlı məşqçi Bakı səfəri öncəsi Qarabağ-ı xeyli tərifləyib: "Onlar topu özlərində çox saxlayırlar. Topu itirdikdən sonra çoxlu pressinq edirlər. Xüsusən ev matçlarında çox cəsarətlidirlər və müdafiəçilərə qarşı uğurlu təzyiq göstərirlər. Beləcə çox topu qazanır və sonra rəqibəri cəzalandırırlar. Onlar topu alanda çox təhlükəli və məhsuldar olurlar. Bizim üçün buraxmamalı olduğumuz və əksinə onları necə keçməli olduğumuz nida işarələri var".

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (report)