16/08/2022
18:26
5547
| A A A
Zirə iki transfer reallaşdırdı - RƏSMİ

Zirə heyətinə iki yeni futbolçu cəlb edib.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalanıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya Belenenses-i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin Rad, Bask, Crvena Zvezda, Vojdovac, Polşanın Rakuv, Portuqaliyanın Famalican klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə Menemenspor-u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin Arouca, Misirin Haras El-Hadud,“Tala El-Qaish, İngiltərənin Forest Green Rovers klublarında çıxış edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI