16/08/2022
21:10
4334
| A A A
Ronaldo hələ də Manchester United-dən ayrılmaq istəyir

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo hələ də İngiltərənin Manchester United klubundan ayrılmaq istəyir.

Goal.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano bildirib.

Onun sözlərinə görə, 37 yaşlı hücumçunun agenti Xorxe Mendeş yeni komanda axtarışındadır. Lakin "qırmızı şeytanlar" Ronaldo ilə vidalaşmaq niyyətində deyil.

Qeyd edək ki, Kriştiano Ronaldonun Manchester United-lə 2023-cü ilin yayınadək müqaviləsi var. (report)