Xviça Kvaratsxeliya ayın futbolçusu seçildi
Napoli-nin hücumçusu Xviça Kvaratsxeliya A seriyasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
Goal.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Gürcüstan millisinin üzvü ötən ay 4 matçda iştirak edib, 3 qol vurub və 1 qolun ötürməsini verib.