18/08/2022
23:04
3075
| A A A
Dzyuba Türkiyə klubuna keçdi - RƏSMİ

Rusiya millisinin futbolçusu Artyom Dzyuba Adana Demirspor-a keçib.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Təcrübəli forvard yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dzyubanın son klubu Zenit olub.