Gent-in futbolçusu: “Bakıya qalib kimi yollanmaq istəyirik”
“Bakıya qalib kimi yollanmaq istəyirik”.
Goal.az xəbər verir ki, bunu Belçikanın Gent klubunun futbolçusu Alessio Kastro-Montes “voetbalnieuws.be” saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsində Qarabağ-la keçiriləcək oyunundan öncə Belçika çempionatında Vesterlo səfərindən qələbə ilə dönmək istədiklərini bildirib: “Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Nəzərə alaq ki, Vesterlo ilə görüşdən sonra Bakıda Qarabağ-la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq”.
Qeyd edək ki, Qarabağ-la Gent arasında Bakıdakı ilk görüş fevralın 16-da keçiriləcək. (report)