12/03/2023
11:20
56239
| A A A
PSG 3000-ə çatdı

Fransa Liqasının 27-ci turunda Brest-lə keçirilən qarşılaşma PSG və hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Mbappe 2:1 hesabı ilə qalib gəldikləri oyunda fərqlənməklə PSG-nin Fransanın yüksək liqasında vurduğu qollarının sayını 3000-ə çatdırıb.

Paris təmsilçisi bu qol sayına çatan 12-ci Fransa klubudur. Bunun üçün PSG-yə 1858 matç lazım olub.

Qeyd edək ki, Mbappe bu mövsüm Fransa Liqasında 23 oyuna çıxıb, 19 qol vurub və 3 qol ötürməsi edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI