18/08/2022
17:26
1108
| A A A
İslamiada: Azərbaycanın daha iki karateçisi finala yüksəlib

Azərbaycanın daha iki karateçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Goal.az xəbər verir ki, 84 kq-dakı Pənah Abdullayev və 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.

İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.