19/11/2019
17:09
1777
| A A A
İtaliya millisindən tarixi göstərici

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Ermənistan yığmasını darmadağın edib.

Goal.az xəbər verir ki, 9:1 hesabıyla bitən görüş italyanlar üçün əlamətdar olub. Belə ki, İtaliya millisi 71 il sonra ilk dəfə bir rəsmi oyunda 9 qol vurmağı bacarıb. Yığma sonuncu dəfə 1948-ci ildə, olimpiya oyunlarında ABŞ-ı 9:0 məğlub etmişdi.

İtaliya yığması 1920-ci ildə Finlandiyanı 9:0, 1928-ci ildə isə Misiri 11:3 hesabıyla məğlub etməyi bacarıb.

Millinin çalışdırıcısı Roberto Mançini isə İtaliya millisi ilə ardıcıl 11 oyunda qələbə qazanan ilk baş məşqçi olub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs