19/11/2019
18:51
1681
| A A A
Manchester United-in borcu artıb

Manchester United maliyyə problemi ilə üzləşib.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar”ın borcu ötən mövsümlə müqayisədə 163 milyon avro artıb. Beləliklə, klubun borcu 450 milyon avroya yüksəlib.

Əsas səbəb kimi komandanın UEFA Çempionlar Liqasından kənarda qalması göstərilir.

Klubun 2020-ci il üçün gəlirinin 734 milyon avrodan 650 – 680 milyon avroya düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Manchester United Premyer Liqada geridə qalan 12 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.(report)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs