20/11/2019
10:48
1901
| A A A
Maradona Gimnasia-dan qovuldu

Argentina Superliqa təmsilçisi Gimnasia-nın baş məşqçisi Dieqo Maradona istefa edib.

Goal.az xəbər verir ki, bu barədə klubun prezidenti Qabriel Pelleqrino məlumat verib: "Maradona artıq Gimnasia-nın baş məşqçisi deyil".

Qeyd edək ki, Maradona cəmi 2 ay yarım çalışdırdığı Gimnasia-nı 8 matça çıxarıb və bu qarşılaşmaların 5-dən məğlub ayrılıb. Komanda hazırda ölkə çempionatında 13 turdan sonra 10 xalla 22-ci pillədə qərarlaşıb.