20/11/2019
12:16
1562
| A A A
"Azərbaycanla matçda erkən qol vurmalı olduğumuzu bilirdik" - Hamşik

“Matçın çətin keçəcəyini və erkən qol vurmalı olduğumuzu bilirdik”.

Goal.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Marek Hamşik Azərbaycan millisini 2:0 hesabı ilə məğlub etdikləri AVRO-2020-nin son seçmə oyunundan sonra söyləyib.

Hesabın 19-cu dəqiqədə açıldığı görüşün 86-cı dəqiqəsində sonuncu qolu vuran 32 yaşlı yarımmüdafiəçi ilk yarıda daha yaxşı oynadıqlarını bildirib: “Təəssüf ki, daha öncə Uelsi məğlub edə bilmədik. Əks halda Avropa çempionatına vəsiqə qazanardıq”.

Qeyd edək ki, Azərbaycan 1 xalla sonuncu yeri tutduğu E qrupunda Xorvatiya və Uels kollektivləri Avropa çempionatına vəsiqə qazanıblar. Slovakiya və Macarıstan yığmaları isə AVRO-2020-yə düşmək üçün pley-off mərhələsinə qatılacaqlar. (report)

money.az currency