07/08/2022
13:05
4734
| A A A
Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA yeni təyinat alıb.

Goal.az xəbər verir ki, 35 yaşlı baş hakim Rumıniyada Styau və Slovakiyanın Dunayska Streda komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda Styau 1:0 hesablı qələbə qazanıb. (report)