21/10/2019
12:03
3719
| A A A
Azərbaycanlı referi klublararası dünya çempionatına təyinat aldı

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı hakim Türkiyənin Alanya şəhərində keçiriləcək klublararası dünya çempionatında iş başında olacaq.

Qeyd edək ki, yarış 21 - 27 oktyabrda olacaq.