Matiç İtaliya nəhənginin hədəfində
Manchester United-in futbolçusu Nemanya Matiç komandadan ayrılmaq niyyətindədir.
Goal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. Matiç karyerasını İtaliya A Seriyasında davam etdirmək istəyir. 31 yaşlı yarımmüdafiəçi ilə İnter maraqlanır.
Qeyd edək ki, “qırmızı şeytanlar”la 2020-ci ilin yayına qədər müqaviləsi olan Matiç, bu mövsüm 5 oyuna çıxıb.