14/11/2019
16:50
1589
| A A A
PSG İkardini birdəfəlik almaq istəyir

PSG müqavilə ilə İnter-ə məxsus olan futbolçusu Mauro İkardini birdəfəlik almaq istəyir.

Goal.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçunun oyunundan razı olduğu üçün onu komandada saxlamağı düşünür. Klub nümayəndələrinin artıq 26 yaşlı futbolçunun agenti və xanımı Vanday Narayla danışıqlara başladığı və müqavilənin detallarını müzakirə etdiyi bildirilib.

PSG yayda icarəyə götürdüyü İkardinin təzminat qiyməti olan 65 milyon avro ödəməyi planlaşdırır. Klub futbolçunun özü ilə isə 5 illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, İkardi bu mövsüm 10 matçda 9 qol vurub, 1 qolun ötürməsini verib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1135 səs