21/10/2019
14:22
8171
| A A A
Real Mourinyo ilə danışıqlara başladı

Real baş məşqçi dəyişikliyinə hazırlaşır.

Goal.az  xəbər verir ki, "Kral Klubu"nun rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.

Real La Liqanın IX turunda Mallorca-ya uduzaraq liderliyi Barcelona-ya təhvil verib. Bundan başqa komanda Çempionlar Liqasına da uğursuz başlayaraq ilk iki turda cəmi bir xal qazanıb.

Mallorca məğlubiyyətindən sonra hərəkətə keçən Real rəhbərliyi Mourinyo ilə danışıqlara start verib. Portuqaliyalı mütəxəssisin Madrid klubuna qayıtmağa müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Real-a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub. O, Madrid klubundan ayrıldıqdan sonra Chelsea və Manchester United-i çalışdırıb. (goal.com)

money.az currency