07/04/2020
10:37
1509
| A A A
İtaliyada daha bir futbolçu koronavirusa yoluxdu

İtaliya B seriyası təmsilçisi "Venezia"nın futbolçusu Antonio Junior Vakka koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, hazırda karantində olan 29 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss edir.

Klubun digər oyunçularının və əməkdaşlarının sağlamlığının yoxlanılması üçün lazımlı ölçülərin götürüləcəyi vurğulanıb.

Beləliklə, İtaliyada koronavirus yoluxan futbolçuların sayı 20-yə çatıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8634 səs