08/01/2017
10:15
3123
| A A A
Demiçelis katalon klubu ilə yollarını ayırır

"Espanyol"un müdafiəçisi Martin Demiçelis yaxın günlərdə azad agent olacaq. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, katalon klubu onunla müqaviləni 6 ay əvvəl pozmağa razılaşıb. Argentinalı futbolçu oyun praktikasının azlığından narahatdır. 36 yaşlı Demiçelis ötən yay "Manchester City"dən "Espanyol"a keçmişdi. İspaniya təmsilçisi ilə yollarını ayırandan sonra futbolçu özünə yeni klub axtaracaq. Artıq onun MLS-də mübarizə aparan "Atlanta United"lə danışıqlar apardığı bildirilir.