11/01/2017
18:38
912
| A A A
La Liqa klubundan 2 yeni müqavilə

"Villarreal" iki futbolçusu ilə müqavilə yeniləyib. Goal.az xəbər verir ki, Mario Qaspar və Kosta Xaume "sarı sualtı qayıq"la razılığa gəliblər. Qaspar 2023, Xaume 2021-ci ilə kimi yeni müqavilə imzalayıb. Bu mövsüm komandanın heyətində Qaspar 17, Xaume 15 oyuna çıxıb.