13/07/2017
10:56
12854
| A A A
"Real" Xames Rodriqezi icarəyə göndərməzdən əvvəl yeni müqavilə imzalayıb

"Real Madrid"in yarımmüdafiəçisi Xames Rodriqez 2 il müddətinə icarə əsasında "Bayern Munich"in formasını geryinəcək. Kolumbiyalı futbolçunun Münhenə getməzdən öncə "Real"la yeni müqavilə imzaladığı məlum olub. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Xames müqaviləsini 2021-ci ilin yayına kimi  uzadıb. Bu, Madrid təmsilçinin 25 yaşlı havbeki baha satmaq planları ilə bağlıdır. Onun icarə müddəti 2019-cu ildə başa çatanda sonra "Bavariya" transfer hüquqlarını satın almaq üçün daha çox pul ödəməli olacaq. Bu məbləğ 40 milyon avro göstərilir. Rodriqezin icarə haqqı isə 10 milyon avrodur. "Marca"nın məlumatına görə "Bayern Munich" istənilən vaxt 60 milyon avro ödəyərək onun transferini reallaşdıra bilər. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66368 səs