10/09/2017
11:51
10024
| A A A
"Real"ın müdafiəçisini 4 oyunluq cəza gözləyir

"Real Madrid"in müdafiəçisi Marselo 4 oyunluq cəzalandırıla bilər. Goal.az xəbər verir ki, braziliyalı futbolçu "Levante" ilə görüşün (1:1) 89-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydanda qovulub. Oyunun baş hakimi Alexandro Ernandes protokolda onun rəqibin kürəyinə qəsdən zərbə vurduğunu qeyd edib. La Liqa qaydalarına görə futbolçu topsuz mübarizədə qəsdən rəqibinə zərbə endirirsə, 2 oyun diskvalifikasiya olunur. Marselonun bunu qəsdən və aqressiv formada etməsi cəzası üzərinə daha 2 oyun əlavə edə bilər.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66368 səs