13/02/2018
13:28
1757
| A A A
Klarens Zedorfdan uğursuz debüt

İspaniya La Liqasının 23-cü turuna "Riazor" stadionunda yekun vurulub. "Deportivo" gənc mütəxəsis Klarens Zedorfun debüt qarşılaşmasında "Betis"ə minimal hesabla uduzub. Goal.az xəbər verir ki, 41 yaşlı mütəxəsis La Liqada debüt matçında məğlubiyyətlə üzləşən ilk holland məşqçi olub. Zedorf Qalisiya klubuna fevralın 5-də baş məşqçi təyin olunub. O, bu postda Kristobal Parralonu əvəzləmişdi.