27/02/2018
17:34
11821
| A A A
Növbəti “El Klasiko”nun tarixi açıqlandı

“Barcelona” ilə “Real” arasında İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək oyunun tarixi açıqlanıb.

Goal.az-ın məlumatına görə, “El Klasiko” çempionatın XXXVI turuna təsadüf edəcək.

Komandaların mövsümün sonuna 3 tur qalmış üz-üzə gələcəkləri görüş mayın 6-da baş tutacaq. “Nou Kamp” stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək. Komandalar arasında “Santyaqo Bernabeu”dakı ilk dövrədə “Barcelona” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, La Liqada 25 turdan sonra “Barcelona” 65 xalla turnir cədvəlinə başçılıq edirsə, aktivində 51 xal olan “Real” 3-cü pillədə qərarlaşır.