13/03/2018
17:32
4714
| A A A
"Barcelona" prezidenti Neymarı istəmir

"Barcelona"nın prezidenti Xosep Bartomeu Neymarın kluba geri dönməsinə futbolçuların müsbət yanaşmasından narazıdır. Goal.az xəbər verir ki, Bartomeu braziliyalı ulduzun komandanı pis vəziyyətdə qoyduğunu düşünür və onun qayıtmasına razı deyil. Neymarın "Barcelona"ya geri dönüşünə Lionel Messi, İvan Rakitiç, Koutinyo kimi futbolçular razılıq bildirib. Rakitiç rəhbərliyin yerində olsa, onun üzünə qapıları açmaq arzusunda olduğunu belə dilə gətirmişdi.

Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında PSG-yə transfer olunmuşdu.

GÜNÜN ƏN ÇOX OXUNANLARI