12/06/2018
19:47
11480
| A A A
Real Madrid'in yeni məşqçisi açıqlandı - RƏSMİ
Zinəddin Zidanın gözlənilməz gedişindən sonra məşqçi axtarışında olan Real Madrid yeni məşqçinin kimliyini açıqlayıb.
Goal.az klub saytına istinadən xəbər verir ki, fransız mütəxəssisi bu postda Julyen Lopeteqi əvəzləyəcək.  İspaniyalı ilə dünya çempionatından sonra müqavilə imzalanacaq.
Lopeteqi 2016-cı ildən - Avropa çempionatından sonra İspaniya yığmasına rəhbərlik edirdi. İspaniyalılar Lopeteqinin rəhbərliyi altında seçmə qrupda birinci yeri tutaraq 2018-ci ildə keçiriləcək dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanıblar. İspaniya millisi onun rəhbərliyi altında məğlub olmayıb. Xatırladaq ki, may ayında Lopeteqi ilə İspaniya millisi arasında 2 illik müqavilə imzalanmışdı.