11/07/2018
14:14
2708
| A A A
Qaret Beyl getmək fikrindən daşınıb

Real klubunun yarımmüdafiəçisi Qarret Beyl Madrid klubu ilə baglı qərarını məzuniyyətdən qayıtdıqdan sonra verəcək. Goal.az xəbər verir ki, mövsümün sonunda İngiltərə klublarından birunə keçmək istəyən Beyl Real-ın rəhbərliyi ilə görüşmək və bu məsələni müzakirə etməyi düşünürdü. Lakin Zidanın “kral klubu”ndan ayrılması görüşün təxirə salınmasına səbəb olmuşdu. Ronaldonun Juventus klubuna transferi Beyl məsələsini yenidən gündəmə gətirib. Beyl məzuniyyətdən qayıtdıqdan dərhal sonra Lopeteqi ilə görüşəcək. 28 yaşlı futbolçu gələcəkdə klubda onu nələrin gözlədiyini öyrənmək istəyir. Onun məqsədi indiki klubunda qalmaqdır. Lakin burada ikinci dərəcəli futbolçu kimi qalmaq niyyətundə deyil.