11/09/2018
18:48
7698
| A A A
Real-ın əsas qapıçısı müəyyənləşmək üzrədir

Real-ın baş məşqçisi Xulen Lopeteqi komandanın əsas qapıçısını müəyyənləşdirməyə yaxındır.

Goal.az xəbər verir i, əsas qapıçı böyük ehtimalla Tibo Kurtua olacaq. Belçikalı qolkiper Atletico ilə matçda start heyətdə meydana çıxacaq. Navas Kosta-Rika millisinə çağırılmaqdan imtina edib və Real-ın düşərgəsində qalıb. O, Lopeteqini Kurtuadan daha yaxşı formada olduğuna inandırmaq üçün bu adddımı atıb. Amma Navasın buna müvəffəq olmadığı vurğulanıb. Real müxtəlif turnirlərə görə, qapıçıları növbə ilə oynatmağı planlaşdırmır.