12/09/2018
16:23
8239
| A A A
Barcelona-nın baş məşqçisi gedə bilər

Barcelona-nın baş məşqçisi Ernetso Valverde mövsümün sonunda klubdan ayrıla bilər. Goal.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə Valverdenin müqaviləsinin uzadılması ilə bağlı klub rəhbərliyi ilə hələ görüşməyəcəyi bildirilib. 54 yaşlı mütəxəssisin mövsümün sonunda alınan nəticələrə baxdıqdan sonra qərar verəcəyi deyilir.

Valverde 2017-ci ildə Barca-nın “sükanı arxasına” gətirilib. Barcelona ispan mütəxəssisin rəhbərliyi altında 63 qarşılaşma keçirib, 45 qələbə qazanıb, 13 dəfə heç-heçə edib, qalan oyunlarda uduzub.