14/09/2018
11:46
1406
| A A A
ABŞ-da keçiriləcək ilk La Liqa oyununun vaxtı açıqlandı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas ABŞ-da keçiriləcək Barcelona - Girona matçının məkanını açıqlayıb.

Goal.az xəbər verir ki, sözügedən oyun Mayamidə reallaşacaq. Qarşılaşma yanvarın 26-da baş tutacaq.

Beləliklə, tarixdə ilk dəfə La Liqa oyunu İspaniyadan kənarda keçiriləcək.

Qeyd edək ki, "Relevent Sports"la 15 illik müqavilə bağlayan La Liqa ABŞ və Kanadada bəzi oyunların keçiriləcəyilə bağlı razılıq əldə edib.